Miss & Mister Grand Azerbaijan 2018 - Opening Ceremony




Və Nəyahət...

Gözlənilən möhtəşəm açılış mərasimi baş tutdu.

11.03.2018-ci ildə möhtəşəmliyi və gözoxşayan interyeri ilə seçilən Elite Events Hall-da Miss & Mister Grand Azerbaijan gözəllik müsabiqəsinin rəsmi açılış tədbiri baş tutub. Mərasim peşəkar rəqqaslardan ibarət Ateşgah rəqs qrupunun möhtəşəm şousu ilə başlayıb. Daha sonra müsabiqənin yarımfinalist adını qazanmış 20 xanım və 20 bəy iştirakçısının fərqli və ecəzkar xoregrafiya quruluşu altında tanıtım çıxışları baş tutmuşdur. Fərdi çıxışların ardından trend və kübar geyimlərin yeganə ünvanı olan Coco Baku-nun müsabiqə iştirakçılarının simasında əvəzolunmaz defiləsi baş tutmuşdur. Rəsmi hissənin tamamında müsabiqə iştirakçıları və tədbir qonaqları üçün Dj Crash-ın imzası adı altında After Party təşkil edilmişdir. 

Açılış mərasimindən olan görüntüləri aşağıda qeyd edilmiş rəsmi Youtube səifəmizdən izləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=e6OjlX9fKXY

https://www.youtube.com/watch?v=pL_-qgACjSE

Təşkilatı dəstəyə görə Elite Events Hall, Coco Baku, Redbull energy içkiləri, Edelveiss gül butiki və ləziz təamların yeganə ünvanı olan Ləzzət şirniyyat evinə dərin minnətdarlığımızı bildiririk.

Sponsorlar- Darıdağ Medical Center və Azad Gülüş stomotoloji klinikasıdır.

Video və Foto çəkilişdə göstərdikləri dəstəyə görə- Həmid Həmidli group, Fuad İsmayılov, Elvin Məmmədov, Sənan Stend Photo və İntiqam Məmmədov-a dərin minnətdarlığımızı bildiririk.

Müsabiqənin rəsmi info dəstəkçiləri- Day.az Trend.az Milli.az Azernews.az Sputnik.az və Frame.az-dır.